"Meqa Sığorta" yığımlarda geriləyib – 3 milyon manatdan çox

12:46 - 10.02.2020


10 fevral, Fienko/abc.az. 2019-cu ildə il "Meqa Sığorta" şirkəti tərəfindən 21 milyon 815 min manat sığorta haqları yığılıb.

ABC.AZ Mərkəzi Bankın sığorta bazarına dair hesabatına istinadən xəbər verir ki, bu 2018-ci illə müqayisədə 3 milyon 954 min manat azdır. Belə ki, adıçəkilən şirkət 2018-ci il idə 25 milyon 769 min manat sığorta haqları yığmışdı.

Buna baxmayaraq şirkətin sığorta ödənişləri artıb. 2018-ci ildə 3 milyon 648 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ildə 5 milyon 30 min manata yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər