Azərbaycan Sənaye Sığortanın sığorta haqları və ödənişləri azalıb - Statistika

14:58 - 10.02.2020


10 fevral, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta” 2019-cu ildə 5 milyon 632 min manat sığorta haqları yığa bilib.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, şirkət 2018-ci ildə 8 milyon 139 min manat sığorta haqları yığmışdı. Bu isə o deməkdir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Sənaye Sığorta” şirkətinin sığorta haqları 2 milyon 507 min manat və ya 44,5% azalıb.

Şirkətin sığorta ödənişləri də geriləyib. Belə ki, Sənaye Sığortanın sığorta ödənişləri 2018-ci ildəki  2 milyon 863 min manatdan 2019-cu ildə 2 milyon 19 min manata geriləyib.

Müəllif:Elmir Murad

 

 

Bütün xəbərlər