Mikayıl Cabbarov Gürcüstanla əlaqələrdən danışdı – Daha da genişlənməlidir

15:39 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadiyyat naziri Mikayıl Cabbarov Tiflisdə Gürcü həmkarı Natia Turnava ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə nazir Mikayıl Cabbarov ölkəmizin Gürcüstanla ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və Azərbaycanla Gürcüstanın dövlət və hökumət başçılarının Dünya İqtisadi Forumu çərçivəsində görüşlərini xatırladıb.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirən N.Turnava Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu, 130 birgə sərmayəli müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Gürcüstan birgə müəssisələrin sayının və ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır.

 

Bütün xəbərlər