Yeni BOKT-un rəhbərliyinin adları açıqlandı – Nizamnamə kapitalı 300 min manatdır

16:01 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Bir müddət əvvəl Vergilər Nazirliyində qeydiyyata alınmış Bank Olmayan Kredit Təşkilatı "Azərbaycan Evro-Kredit" MMC-nin rəhbər heyəti məlum olub.

ABC.AZ xəbər verir ki, yeni BOKT-ın qanuni təmsilçisi Rasim Kamil oğlu Eyvazov, Müşahidə şurasının üzvləri Elşad Rəmiyyəd oğlu Məhəmmədbəyli, Kamil Məmmədov, İldırımzadə Nazimdir.

Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı 300 min manat, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 ev.262A-dır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər