Getdikcə texnologiya şirkətləri ödənişlərdə daha əhəmiyyətli rol oynayacaq – Vüsal Qasımlı

16:50 - 10.02.2020


10 fevral, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyəti ilə görüşüb.

ABC.AZ xəbər verir ki, V. Qasımlı bildirib ki, hazırda dünyada təhlükəsizliyə əsaslanan və müştəri-mərkəzli ödəmə sistemindən kartsız və ya rəqəmsal ekosistemə keçid baş verir.

O qeyd edib ki, istehlakçılar daha çox innovasiyalara hazır olmaqla, ödənişlərdə nəzarət və rahatlığı üstün tuturlar. V.Qasımlı nümayəndə heyətinə rəqəmsal ödənişlərin gələcəyindən danışaraq vurğulayıb ki, sözügedən məsələ əşyaların internetinin inkişafı ilə sıx bağlıdır. “Getdikcə texnologiya şirkətləri banklar və finteklərlə yanaşı rəqəmsal ödənişlərdə daha əhəmiyyətli rol oynayacaq və hətta onları sıxışdıracaq” deyə V.Qasımlı bildirib. Görüşdə Bakıda keçiriləcək “Visa Cashless Forum” barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Visa Cashless Forum”-da nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər