Məşhur Belçika şirkəti Azərbaycanda nümayəndəlik açır

10:07 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Azərbaycan bazarına yeni tikinti şirkəti daxil olacaq.

ABC.AZ xəbər verir ki, bu Belçikanın qlobal tikinti avadanlıqları şirkəti olan “Sarens”-dir.

Şirkət artıq  Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Belçika şirkətinin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi Məmmədov Fuad Ramiz oğludur.

Qeyd edək ki, “Sarens Azərbaycan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr ev 48. m22-dir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər