Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 3000-ə çatıb - Rövnəq Abdullayev

10:18 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qarşımıza məqsəd qoyub.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tiflisdə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

O bildirib ki, Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir. "Əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər idisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb" deyə R.Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub: "Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub".

 

Bütün xəbərlər