SOCAR Gürcüstanda ən böyük vergi ödəyicisidir – Məbləğ

10:41 - 11.02.2020


11 fevral, Fineko/abc.az. SOCAR Gürcüstan iqtisadiyyatında ən iri vergi ödəyicisidir. Şirkətin bu ölkədə ödədiyi vergilərin ümumi həcmi 1,5 milyard ABŞ dollarından çoxdur.

ABC.AZ xəbər verir ki, bunu “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

O qeyd edib ki, son illərin statistikasına əsasən, “SOCAR Georgia” Gürcüstan iqtisadiyyatında ən iri vergiödəyicisi olub və bu mövqeyini saxlayır: "SOCAR həm də Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan şirkətlərdən biridir. 2006-cı ildən başlayaraq SOCAR Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox sərmayə yatırıb".

 

Bütün xəbərlər