Bankların qeyri-faiz gəlirləri artıb? - Hesabat

11:52 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Mərkəzi Bank 2019-cu ilin yekunkarına dair bank sektorunun hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə bankların faiz və onlara bağlı xərcləri azalıb. Belə ki,  2018-ci ildə 581.9 milyon manat təşkil etmiş müvafiq xərclər 2019-cu ildə 547.9 milyon manata düşüb (34 milyon manat azalıb). Bankların depozitlər üzrə ödədikləri faizlər 5.4 milyon manat azalaraq 372.4 milyon manata geriləyib.

Ötən il bankların qeyri-faiz gəlirləri 174.6 milyon manat və ya 32% artaraq 723.7 milyon manata yüksəlib. 2018-ci ildə bankların qeyri-faiz gəlirləri 549.1 milyon manat təşkil etmişdi.

Bankların qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyir. Ötən il bankların qeyri-faiz xərcləri 180 milyon manat artaraq 1 milyon 205 milyon manata yüksəlib.  Faiz gəlirlərinin artması ilə bankların əməliyyat mənfəəti ötən il 154.4 milyon manat artaraq 849 milyon manata yüksəlib. Banklar 2018-ci ildə 694.6 milyon manat əməliyyat mənfəəti əldə etmişdilər.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər