Bakıda ən çox tıxac olan yolda piyada keçidi tikilir

12:18 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Bakının ən çox tıxac olan yolunda piyada keçidi tikilir.

ABC.AZ xəbər verir ki, sözügedən piyada keçidi Tbilisi prospekti ilə Akademik Həsən Əliyev küçəsinin kəsişməsində olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70,92 metr olan iki aşırım hissə, Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəkilindədir. Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

 

Bütün xəbərlər