Təmiz Şəhər tender elan edir

12:42 - 11.02.2020


11 fevral, Fineko/abc.az. “Təmiz Şəhər” ASC tikinti materiallarının satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri  03.03.2020 16:00 qədər , tender təklifini və  bank təminatını isə 11.03.2020 16:00 qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 12.03.2020 16:00 -da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Tural Qüdrətov

Telefon: (994 12) 4644111

 

Bütün xəbərlər