Bu yollarda piyada keçidləri tikilib

14:27 - 11.02.2020


11 fevral, Fineko/abc.az. 2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin avtomagistrallarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu illərdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, həmin yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində piyada keçidləri tikilib.

Bununla yanaşı, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində (Hərbi komissarlığın qarşısı), Bakı Şamaxı-Yevlax avtomobil yolunda yüngül metal konstruksiyalı, Quba rayonunda, Ucar şəhərində yerüstü piyada keçidinin, Hüseyn Cavid adına park, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında yeraltı piyada keçidinin tikintisi başa çatdırılıb.

 

Bütün xəbərlər