330x110
 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bir neçə tender keçirir

11.02.2020,15:53


11 fevral, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir.

Tender 1. Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi, tenderdə iştirak haqqı 1000 manatdır.

Tender 2. Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya, suvarma sisteminin və yağış kanalizasiyasının tikintisi, tenderdə iştirak haqqı 1000 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri  24.02.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə  06.03.2020 18:00 qədər təqdim etməlidirlər.

Təkliflərin açılışı 10.03.2020 16:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Aygun Hüseynova

Telefon: (994 12) 431 87 03

Ünvan: Bakı, Tbilisi prospekti, 57D