Nazirlər Kabineti vergi və gömrük sahəsindəki güzəşt və azadolmaları şərh edib

16:46 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixracyönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilib.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin qəbul edilmiş Qərarında vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına; güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına; güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə; güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulub.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi büdcə itkilərinin hesablanması; ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri; statistik məlumatlar; güzəşt tətbiq olunan vergi və mülkiyyət növü; idxal-ixrac əməliyyatları; dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.

 

Bütün xəbərlər