330x110
 

Mikayıl Cabbarov yoxlamalardan danışdı - Kəskin azalıb

11.02.2020,17:07


11 fevral, Fineko/abc.az. Azərbaycanda dövlət büdəsinə vergilərin 91%-i könüllü ödənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Bakıda Vergi əməkdaşlarıınn peşə bayramına həsr olunan konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, vergilərin cəmi 9%-i vergi xidmətinin səyi ilə toplanır, qalan hissə – 91% könüllü ödənilir: "Bununla yanaşı yoxlamalar kəskin azalıb. Belə ki, əvvəlki illə müqayisədə vergi yoxlamaları 44% azalıb. 2019-cu ildə Azərbaycanda hər 1000 aktiv vergi ödəyicisinin yalnız 2-sində yoxlama aparılıb. Amma araşdırmalar və ünvanlı təyin edilən yoxlamalar nəticəsində nəzarət tədbirləri nəticəsində daxil olmalar 18% artıb".

Müəllif: Elmir Murad