330x110
 

Vergi güzəştləri mexanizmləri biznesin “kölgə”dən çıxmasına gətirib çıxarıb - Nazir

11.02.2020,17:15


11 fevral, Fineko/abc.az. Bakıda “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə Azərbaycan iqtisadiyyatı və vergi sistemindəki islahatlar, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri barədə danışıb.

Nazir bildirib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb: "Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin, qismən də olsa, “kölgə”dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir".

Müəllif: Elmir Murad