Nazirdən sahibkarlara müraciət: "Şəffaf olduğunuz üçün təşəkkür edirəm"

17:26 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Vergi sistemi iqtisadi tənzimlənmədə mühüm rol oynayır və sahibkarlığın inkişafının əsas hədəflərdən biridir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, iqtisadi inkişaf işgüzar aktivliyə və biznesin çevikliyinə bağlıdır. Onun sözlərinə görə, böyük sayda kiçik və orta biznesin məşğulluq və dayanıqlığı iqtisadiyyat üçün möhkəm bünövrə yaradıb. İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər