İndiyədək bu qədər yeni nəsil kassa aparatı quraşdırılıb - Sayı açıqlandı

17:47 - 11.02.2020


11 fevral, Fineko/abc.az. İndiyədək 9100 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb.

ABC.AZ-ın məlumatına görə, bunu “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfransda Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib.

O qeyd edib ki, sözügedən aparatların quraşdırılmasına 2019-cu ildən başlanılıb: " Bu aparatlarla 105 milyon çek çap olunub, 1 milyard 295 milyon manata yaxın dövriyyə keçib. Yeni nəsil kassa nəzarət aparatlarının 2021-ci ilin sonunadək quraşdırılması nəzərdə tutulsa da, Dövlət Vergi Xidməti bu prosesi daha tez başa çatdırmağı nəzərdə tutur". Qeyd edək ki, 2019-cu ildən pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil onlayn kassa aparatları quraşdırılır. Bu kassalar pul hesablaşmaları barədə məlumatları internet üzərindən Vergilər Nazirliyinin bazasına ötürür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər