330x110
 

Ötən il iqtisadi artım tempi 2,2 faiz yüksəlib - Mikayıl Cabbarov

12.02.2020,10:17


12 fevral, Fineko/abc.az. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyə yaxın sürətlənib.

ABC.AZ xəbər verir ki, bunu fevralın 11-də  Bakıda keçirilən konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən il Azərbaycanda iqtisadi artım tempi 2,2 faiz yüksəlib. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənərək 3,5 faizə çatıb. Ölkənin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına çataraq ÜDM-in həcminin 90 faizini ötüb. Qeyri-neft ixracının həcmi isə 14 faizədək artaraq 2 milyard dollar təşkil edib.