"Azexport" rəqəmsal ticarətin inkişafında öndə gedən resurslardan biridir - Vüsal Qasımlı

10:45 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Qlobal ödənişlər üzrə gəlirlərin artımı 2017-ci ildə 11 faiz, 2018-ci ildə 6 faiz olmaqla dünyadakı iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin ictaçı direktoru Vüsal Qasımlı "Visa Cashless Forum"da bildirib.

O "Worldpay" hesabatını xatırladaraq qeyd edib ki, 2022-ci ilə qədər dünyada "e-commerc"-in həcmi 140 onlayn ödəmə sistemindən istifadə etməklə 4,6 trilyon dolları keçəcək. V.Qasımlı kredit kartlarından danışaraq vurğulayıb ki, hazırda dünyada kredit və debet kartları, əvvəlcədən ödəmə kartları, elektron cüzdanlar və kriptovalyutalardan ödəmə vasitəsi kimi istifadə olunur.

 Vüsal Qasımlı rəqəmsal ticarətin inkişafına da toxunub: " Dünyada rəqəmsal ödənişlərin hər 1 faizi artımı istehlak səviyyəsini 104 milyard dollar artıra bilər. Rəqəmsal ticarətin inkişafına görə Azərbaycan regionda liderdir. Azexport rəqəmsal ticarətin inkişafında öndə gedən resurslardan biridir. Ödəniş kartlarının sayı artıb. Bu birinci trenddir. Bütün dünyada artıq elektron pullar artıq ödəniş sisteminin əsas hissəsinə çevrilib. Sevindirici haldır ki, kriptovalyutalar da Azərbaycanın ödəniş sistemi bazarına girib. Visa təşkilatına təşəkkür edirəm ki, belə möhtəşəm forumu Azərbaycanda keçirib. Bu qurumun Azərbaycana etimadının və ölkəmizin regionda lider olduğunun göstəricisidir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər