Azərbaycanda 240 min tələbəyə smart kartlar veriləcək - Mərkəzi Bank rəsmisi

11:00 - 12.02.2020


12 fevral, Fineko/abc.az. İlin sonuna kimi 240 min tələbəyə smart kart paylanacaq.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın nümayəndəsi Fərid Osmanov Bakıda keçirilən "Visa Cashless Forum"-unda bildirib.

O qeyd edib ki, sözügedən layihə ilə bağlı Mərkəzi Bankın gözləntiləri çox böyükdür. F. Osmanov bildirib ki, smart kartlarla yanaşı Mərkəzi Bank daha bir layihəyə start verib: "Mərkəzi Bank Azərbaycan Dəmir Yolları QSC ilə yeni layihəyə başlayıb. Bu bank kartları ilə dəmir yolları stansiyalarında ödənişlərin həyata keçirilməsidir. Hesab edirəm ki, bu layihə həm vaxt itkisinin qarşısını alacaq, həm də bir sıra məqamlara müsbət təsirini göstərəcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər