Banklarda və müştərilər arasında maliyyə savadlılığı artırılmalıdır - Zakir Nuriyev

11:17 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Bank sektorunun dəstəklənməsi çox önəmlidir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Banklar Asossasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən "Visa Cashless Forum"-unda bildirib.

O qeyd edib ki, biz istərdik ki, sektorun dəstəklənməsi üçün birgə layihələr həyata keçirək və "Visa"-nın banklarla birlikdə konsanyrasiya olmasına nail olaq.

ABA sədri bununla yanaşı gələcək dövrün çağrışlarına da toxunaraq bildirib ki, banklarda və eyni zamanda bankların müştərilərində maliyyə savadlılığını artırmaq lazımdır:"Hazırda biz banklar arasında maliyyə savadlılığını yüksəltmək üçün işlər görürük. Bunu təkcə Bakıda yox, bütün regionlar üzrə həyata keçirmək lazımdır. Və bizim müşahidələrimiz onu göstərir ki, nəinki bank sektoru buna hazırdır və hətta bunun üçün tələb də artıq formalaşıb. Və qeyd etdiyim kimi biz birlikdə bu işləri ən fəal və yüksək səviyyədə görməliyik".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər