Azərbaycan İpək Yolunu rəqəmsallaşdırmağa başlayıb - Vüsal Qasımlı

11:25 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Azərbaycan bu gün öz sərhdlərini aşaraq böyük İpək Yolunun rəqəmsallaşmasına başlayıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin ictaçı direktoru Vüsal Qasımlı "Visa Cashless Forum"da bildirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanın liderlik elədiyi İpək Yolunun rəqəmsallaşması Orta Asiya regionuna da müsbət təsirini göstərəcək: "Bu onu göstərir ki, Azərbaycan bu yükü üzərinə götürüb və onu uğurla həyata keçirmək bacarığındadır. Məsələ ondan ibarətdir ki, Çin və Avropa arasında ən qısa yol Azərbaycandır. Bu baxımdan da İpək Yolunun rəqəmsallaşmasını ən uğurlu formada məhz bizim ölkə həyata keçirmək potensialındadır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər