Bütün nəqliyyat növlərində ödəniş bank kartları ilə olacaq - Mərkəzi Bankın baş direktoru

11:49 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Azərbaycanda bütün nəqliyyat növlərində bank kartları vasitəsi ilə ödəniş etmək mümkün olacaq.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov jurnalistlərə açıqlamasında deyib.

Hazırda Azərbaycan Dəmir Yolları QSC ilə bu layihənin həyata keçirildiyini vurğulayan baş direktor digər nəqliyyat növlərində bank kartları ilə ödənişin tətbiq olunacağı tarixi açıqlamayıb. F. Osmanov sözügedən layihənin yaxın gələcək üçün planlaşdırıldığını bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər