330x110
 

MİDA növbəti Yaşayış Kompleksini tezliklə satışını həyata keçirəcək

12.02.2020,12:30


12 fevral, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksində tikinti-quraşdırma işləri yekunlaşdırılıb.

MİDA-dan ABC.AZ-a bildirilib ki, kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Eləcə də, kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilib.

Qeyd olunur ki,yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcək.