Azərbaycanda “Ani ödənişlər” sistemi istifadəyə veriləcək – Bu il

15:19 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Azərbaycanda 7/24/365 rejimli “Ani ödənişlər sistemi” bu il istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankının baş direktoru Fərid Osmanov “Visa Cashless Forum”unda deyib.

Onun sözlərinə görə, ilkin mərhələ ilin birinci yarısında, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq. “Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək” deyə F.Osmanov qeyd edib.

 

Bütün xəbərlər