330x110
 

Əhali ən çox bu məhsulları alır

12.02.2020,15:30


12 fevral, Fineko/abc.az. Dövlət Statistika Komitəsi (DSK) yanvar ayı üçün pərakəndə ticarət dövriyyəsini açıqlayıb.

ABC.AZ dövlət komitəsinə istinadən xəbər verir ki, ötən ay pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.