Birdən artıq yerdə işləyənlər icbari tibbi sığorta haqqını belə ödəyəcək - Açıqlama

16:47 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Azərbaycanda birdən artıq yerdə işləyənlərin icbari tibbi sığorta haqqının ödənəcəyi forma açıqlanıb.

ABC.AZ xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev sözügedən məsələ ilə bağlı bildirib ki, “Tibbi Sığorta haqqında” Qanuna əsasən, vətəndaş sığorta haqqını gəlirlərindən ödəyəcək.

 N.Nuriyevin sözlərinə görə, bir neçə yerdən gəlir əldə edilirsə, onlara uyğun da ödəniş edilməlidir. “Başqa sözlə, 2 yerdə işləyənlər hər iki iş yerindən əldə etdiyi gəlirə uyğun ayrıca icbari tibbi sığorta haqqı ödəməlidir” deyə obildirib.

Qeyd edək ki, bu məbləğlər “Tibbi Sığorta haqqında” Qanunda əksini tapıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər