Kürdəmirdə məktəb binasının tikintisinə 2 milyon manat ayrıldı

17:11 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrıldı.

 

Bütün xəbərlər