Neftin qiymətləri kəskin artımdan sonra sabitdir, “Azeri Light” 1,5% bahalaşıb

10:08 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Neftin qiyməti, çərşənbə günü sessiyanın sonundakı kəskin artımdan sonra cümə axşamı günü sabitdir.

Fevralın 12-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $1,78 (3,3%) artaraq bir barelə $55,79 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:35-də $0,08 (0,14%) azalaraq bir barelə $55,71 təşkil etmişdir.

Fevralın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi

$1,23 (2,46%) artaraq bir barelə $51,17 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:35-də $0,06 (0,12%) artaraq bir barelə $51,23 təşkil etmişdir.

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,91 (1,53%) artaraq bir barelə $60,53 təşkil edib.

 

Bütün xəbərlər