Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq – Anonsu verildi

12:05 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Azərbaycanda Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, AQTA-nın yaradacağı klinikanın nəznində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi” fəaliyyət göstərəcək.

Q.Təhməzlinin sözlərinə görə, Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər