Yeni klinikada görüləcək işlər açıqlandı - Koronavirus diaqnozu da qoyulacaq

12:19 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında Azərbaycanda Qida Təhlükəsizliyi Klinikasının yaradılacağının anonsu verilib.

ABC.AZ xəbər verir ki, Agentlik sədri Klinikada görlüəcək işlərin detallarını açıqlayıb.

O qeyd edib ki, Klinikanın nəzdindəki Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi və “Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzlərində  Quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması və tədqiqi aparılacaq.

Klinikada  xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər