Azərbaycanda illik inflyasiya açıqlanıb – Artım var

12:33 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Azərbaycanda illik inflyasiya 2,6 faizdən 2,7 faizə, aylıq inflyasiya isə 0,5%-dən 0,6 faizə yüksəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 1,5 faiz artıb.

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 0,3 faiz artın, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 0,2% faiz azalıb.

 

Bütün xəbərlər