Azərbaycandan Avropa İttifaqına ixrac olunan fındıq geri qaytarılıb - 10 maşın

14:41 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Azərbaycandan Avropa İttifaqına ixrac olunan fındıqdan 10 nəqliyyat vasitəsi geri qaytarılıb.

ABC.AZ xəbər verir ki, bunu bu gün mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Agentlik sədri qeyd edib ki, analoji hal 2018-ci ildə də baş verib. Belə ki, sözügedən dövrdə də ixrac olunan fındıqdan 18 nəqliyyat vasitəsi tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb. Ötən il ərzində 23 min 138 ton fındıq müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edildiyi bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər