Qoşqar Təhməzli Çindən Azərbaycana gətirilən qidalardan danışdı – Qıtlıq olmayacaq

15:06 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Bu həftədən Azərbaycanda koronavirusla bağlı beynəlxalq standartlara uyğun ekspertiza keçirilir.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri qeyd edib ki, Azərbaycana idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanların hamısında koronavirus tədqiq olunur və bu günədək heç bir şübhəli fakt aşkar olunmayıb: “Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olsun. Bundan öncə də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvanlar, nə heyvan mənşəli məhsullar, nə quş əti idxal olunmayıb. Gətirilən məhsulların miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyil. Onun qarşısının alınması bizdə hər hansı ərzaq təhlükəsizliyi faktının ortaya çıxmasına səbəb ola bilməz".

 

Bütün xəbərlər