Daha bir yolda qanunsuz parklanma aradan qaldırılıb – BNA hərəkətə keçdi

16:06 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Qara Qarayev prospektində qanunsuz parklanma, pik və qeyri-pik saatlarda nəqliyyatın hərəkətində müşahidə edilən nizamsızlıq aradan qaldırılıb.

ABC.AZ Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin qadağan olunan yerdə park edilməsi Qara Qarayev prospektindən keçən 30 münətəzm marşrut xətti üzrə 450-dən artıq avtobusun hərəkət intervalına ciddi şəkildə mənfi təsir göstərir.

Bəzi sürücülər şəxsi minik avtombillərini dayanacaq məntəqəsində saxlayırlar ki, nəticədə sərnişinlərin avtobusdan istifadəsi çətinləşir və onların həyatı üçün təhlükə riski yaranırdı.

Qeyd edək ki, qanunsuz parklanma halları axşam saatlarında Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşən şadlıq sarayları və digər iaşə obyektlərinin qarşısında da müşahidə olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər