330x110
 

Ət kəsimi üçün 39 rayonda məntəqələr yaradılacaq – Agentlik sədrindən açıqlama

13.02.2020,16:16


13 fevral, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün mətbuat konfransı keçirib.

ABC.AZ xəbər verir ki, Agentlik sədri mətbuat konfransında heyvan kəsimi yerlərindən də danışaraq qeyd edib ki, onlar ilkin olaraq kiçik ölçülü, modul tipli olacaq.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Komitəsinin verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir: “Agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir. Heyvan kəsimi məntəqələrində də AQTİ tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək. Biz bunu ona görə xüsusi qeyd edirik ki, sonradan bu məsələyə narazılıq edə bilən insanlar layihənin hər hansı məqsədlərə söykəndiyini iddia etməsinlər. Bu, sırf qıda təhlükəsizliyinin təmininə yönəlib".

Müəllif: Elmir Murad