Böyük həcmli hərrac olacaq

16:54 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hərrac fevralın 18-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə olacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Hərracda qiymətli kağızın ISIN kodu AZ0108001782, emissiya həcmi 10 000 000 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 1820  gün, faiz gəliri 8.5 %, ödəmə tarixi 21.01.2025 və anderrayter Paşa Kapital İŞ QSC-dir.

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

 

Bütün xəbərlər