330x110
 

İki dövlət qurumu yeni sistem yaradır - büdcə itkilərinə nəzarət üçün

13.02.2020,16:58


13 fevral, Fineko/abc.az. Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır.

ABC.AZ xəbər verir ki, bunu Nazirliyin mətbuat xidməti yayıb.

Belə ki, həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı yaradılacaq. Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradacaq.

Müəllif: Elmir Murad