Bu sistem məlumatlara çıxış imkanı yaradacaq - Yenilik

17:05 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Azərbaycanda “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır.

ABC.AZ xəbər verir ki, sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı yaradılacaq.

Sözügedən sistem, eyni zamanda, ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək. Layihədəki qayda “Büdcə sistemi haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, 2021-ci ildən sistemin aktiv iş prosesinin təmin edilməsi nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər