"Muğanbank" AHK-ə üzv seçildi

17:08 - 13.02.2020


13 fevral, Fineko/abc.az. “Muğanbank” ASC Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) İdarə Heyətinin 11 fevral 2020-ci il tarixli qərarına əsasən üzv seçilmişdir. 

AHK Azərbaycana üzvlük sayəsində “Muğanbank” ASC Alman-Azərbaycan Biznes Dairəsinə qoşulacaqdır. Bu əməkdaşlıq banka palatanın şəbəkəsi, xidmətləri və dialoq platformasından faydalanmaqla, Almaniya və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafında iştirak etmək imkanı yaradacaqdır.

Bütün xəbərlər