Neft bahalaşır, “Azeri Light” 0,45% bahalaşıb

10:04 - 14.02.2020


14 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti, dördüncü ticarət ardıcıl olaraq yüksəlişi cümə günü də davam edir.

Fevralın 13-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,55 (0,99%) artaraq bir barelə $56,34 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:35-də $0,04 (0,07%) yüksələrək bir barelə $56,38 təşkil etmişdir.

Fevralın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi

$0,25 (0,49%) artaraq bir barelə $51,42 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:35-də $0,09 (0,17%) artaraq bir barelə $51,51 təşkil etmişdir.

Həftənin əvvəlindən Brent 3,5%, WTI - 2,3% bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,27 (0,45%) artaraq bir barelə $60,80 təşkil edib.

 

 

Bütün xəbərlər