Mikayıl Cabbarov və Cavid Qurbanov işçi qrupu yaratdı – Birgə işləyəcəklər

10:32 - 14.02.2020


14 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarından ibarət birgə İşçi Qrupu yaradılıb.

ABC.AZ xəbər verir ki, işçi qrupunun yaradılmasına fevralın 13-də İqtisadiyyat naziri Mikayıl Cabbarov və  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi görüşdə qərar verilib.

İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər