330x110
 

İlham Əliyev Münxendə “Veridos GmbH” şirkətinin baş icraçı katibi ilə görüşüb

14.02.2020,11:53


14 fevral, Fineko/abc.az. Fevralın 14-də Prezident İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Xəbər verilir ki, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.