İlin əvvəlindən Azərbaycanda 146 milyon manat həcmində güzəştli kredit verilib

17:35 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilin əvvəlindən 1953 güzəştli kredit verib.

Nazirliyin məlumatında bildirilir ki, ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə verilən güzəştli kreditlərin məbləği 146 milyon manat təşkil edib.

“Maliyyələşdirilmiş layihələrin reallaşdırılması hesabına  6600-dək yeni iş yeri açılıb”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, verilən kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4% müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına və s. yönəldilib. Qeyd edilib ki, 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

 

Bütün xəbərlər