330x110
 

Bakı Fond Birjası nüfuzlu quruma üzv oldu – Bu kapital bazarına investisiya imkanını artıracaq

14.02.2020,14:19


14 fevral, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) Dünya Birjaları Federasiyasının (World Federation of Exchanges - Federasiya) tərəfdaş birja statusunu əldə edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olub.

Sözügedən təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” Hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə Azərbaycanın mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcək.

Bu tərəfdaşlıq həmçinin Bakı Fond Birjası ilə Federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaq. Nəticədə bu xarici investorların gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaq.

Qeyd edək ki, Federasiya maliyyə bazarları infrastrukturunun əsas tərkib hissəsi olan birjalar  (fond, valyuta, əmtəə və universal) tərəfindən 1961-ci ildə yaradılmış ən böyük müştərək təşkilatdır.