330x100
 

Səhiyyə Nazirliyi açıq tender elan edir

14.02.2020,14:45


14 fevral, Fineko/abc.az. Səhiyyə Nazirliyi Bakı şəhəri Şüvəlan qəsəbəsində Sanator-Reabilitasiya Mərkəzinin tikintisi (1-ci mərhələ) üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

ABC.AZ  etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 27.03.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06.04.2020 17:00 qədər təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 07.04.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Əli Abbasov

Telefon: (994 12) 565-12-41

Ünvan: Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A