“AtaSığorta” şirkəti sığorta hadisələrinin tənzimlənməsi sistemini təkmilləşdirəcək

17:37 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “AtaSığorta” ASC  gələn il sığortanın könüllü növləri bazarında öz mövqeyini möhkəmləndirmək niyyətindədir.

“AtaSığorta” şirkətinin idarə heyətinin sədri Müseyib Əliyev bildirib ki, 2018-ci ildə şirkətin fəaliyyəti, sığortanın könüllü növləri üzərində cəmlənəcək. 

“Bizim başlıca məqsədimiz, şirkətin dinamik inkişafını davam etdirməkdir. Gələn il şirkət həmçinin  regionlarda sığorta xidmətləri çeşidini genişləndirəcək, o cümlədən, sığorta hadisələrinin tənzimlənməsi sistemini daha da təkmilləşdirəcək”, - deyə M.Əliyev bildirib.

 

Bütün xəbərlər