Qəbələyə gələn turistlər artıb – Liderliyi ərəblər edir

14:53 - 14.02.2020


14 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 15 min 707 nəfər yerli və əcnəbi turist yerləşdirilib.

ABC.AZ  Rayon Statistika İdarəsinə istinadən bildirir ki, onların 9 min 905-i və ya 63,1 faizi Azərbaycan, 5 min 802-si və ya 36,9 faizi xarici ölkə vətəndaşı olub.

Yanvarda otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 min 619 nəfər və ya 41,6 faiz artıb. O cümlədən yerli turistlərin sayında 85,5 faiz artım qeydə alınıb.

İdarədən deyiblər ki, bu ilin yanvarında Səudiyyə Ərəbistanınından gələn turistlərin sayı 1837, Birləşmiş Ərəb Əmirliklərindən isə ələnlərin sayı isə1300 nəfərə çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər