330x110
 

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncüdür

14.02.2020,15:37


14 fevral, Fineko/abc.az. Yanvarda Gürcüstanın xarici ticarət dövriyyəsi 2019-cu ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq 882,4 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin hesabatında deyilir.

Bildirilir ki, ötən ay Gürcüstanın xarici ticarətində idxalın dəyəri 619,7 milyon təşkil edib. Bu da keçən ilin yanvar ilə müqayisədə 3,9 faiz çoxdur. Yanvarda ixracın dəyəri 262,6 milyn dollar olub ki, bu, ötən ilin müvafiq ayı ilə müqyaisədə 10 faiz çoxdur.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib ki, xarici ticarət dövriyyəsinin artması bir neçə amilllə əlaqədardır. Bunlardan biri xarici bazarlarının coğrafiyasının genişləndirilməsidir. Digər vacib amil ixracın şaxələndirilməsidir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək

Nazirliyin məlumatına görə, Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Azərbaycan ən fəal tərəfdaşlardan biri olmaqla Türkiyə və Rusiyadan sonra üçüncü yerdədir. Siyahıda sonrakı yerləri Çin, Avropa və MDB ölkələri tutur.

© Azertag.az